Gələcəyə baxışımız
Şirkətimizi Azərbaycanda və onun xaricində ölkənin tanınmış biznes brendinə çevirməkdir.
Missiyamız
Fəaliyyət göstərdiyimiz sahələrdə davamlı rəqabət qabilihyyətli üstünlükləri yaratmaqla Müştərilərimizə dəyər qazandırmaq və ölkə infrastrukturunun gücləndirilməsinə töhfə verməkdir.
Dəyərlərimiz
Vətənpərvərlik
ölkənin maraqlarını biznes maraqlarımızdan daim üstün tutmaq, dövlətimizin müstəqilliyinin güclənməsi və ərazi bütövlüyünün qorunması işinə töhfə vermək;
Məsuliyyətli biznes
beynəlxalq və ölkə qanunvericiliyinə, milli mənəvi-dini dəyərlərimizə, ümumbəşəri prinsiplərə və cəmiyyətimizin mənafelərinə, qabaqcıl biznes etikasına tam uyğun fəaliyyət göstərmək;
Müştəri yönümlülük
müştərilərimizin öz istehlaklarından davamlı olaraq tam məmnunluqla faydalanmaları üçün qabaqcıl keyfiyyət standartlarına uyğun, ədalətli qiymətlərlə xidmətlər göstərmək;
Sadiqlik
müştərilərimiz, tərəfdaşlarımız, əməkdaşlarımız və ortaqlarımız qarşısında götürdüyümüz bütün öhdəliklərimizə, elan etdiyimiz korporativ dəyərlərə tam sadiq qalmaq, əməkdaşlarımızın şirkətə loyallığına dəyər vermək;
Komanda işi
yuxarıdan aşağıya qərarların qəbul edilməsində və işlərin görülməsində komanda üzvlərinin geniş iştirakını təmin etmək, aparılan müzakirələrdə və icra prosesində komanda səylərinə arxalanmaq;
Daimi öyrənmə və inkişaf
sürətlə dəyişən informasiya və texnologiya əsrində müasir tədris və öyrənmə üsüllarından istifadə etməklə ən əsas aktivimiz olan əməkdaşlarımızın peşəkar bacarıqlarını inkişaf etdirmək, bu sahədə rəqiblərimizdən daim bir addım öndə olmaq;